Türkiyəli biznesmenin Azərbaycandan çıxışına “stop” tələb olunur

13 Dekabr 2022 07:35

Azərbaycanda fəaliyət göstərən "İSHİ inşaat" şirkətinin baş direktoru Halil İbrahim Karaçelikin ölkədən çıxışına qadağa qoyula bilər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu iddia ilə Dövlət Vergi Xidməti Kommersiya Məhkəməsinə müraciət edib.

Hazırda şirkətin 3852.50 AZN veri borcu mövcuddur. Dekabrın 22-də keçiriləcək prosesə hakim Zeynəb Axundova sədrlik edəcək.

Qeyd edək ki, Halil İbrahim Karaçelik 1992-ci ildə Bakıya gələrək Memarlıq və İnşaat Universitetində təhsil alıb. Türkiyədə bir sıra böyük şirkətlərdə inşaat layihələrinin rəhbəri kimi çalışıb, 2010-cu ildə isə öz şirkətini qurub.

Milli.Az