Fransa Ukraynaya yeni silahlar tədarük etdi

12 Dekabr 2022 23:46

Fransa Ukraynaya yeni hərbi yardım edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Fransa Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Ukraynaya "TRF-1" adlı yedəkdə daşınan artilleriya qurğuları göndərilib.

Bununla yanaşı, 6 ədəd 155 mm çaplı artilleriya sistemi, 10 ədəd "Sezar" özüyeriyən artilleriya qurğuları verilib.

Milli.Az