Polşa Rusiya ilə sərhədə elektron sədd çəkəcək

12 Dekabr 2022 23:05

Polşa Rusiya ilə sərhəd xəttində təhlükəsizlik tədbirlərini gücləndirir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində 199 kilometr uzunluğunda elektron sədd çəkəcək.

Belə ki, Polşa bu sədd üçün 373 milyon zloti (83 milyon AZN) xərcləyəcək.

Qeyd edək ki, həmin elektron sistem müxtəlif fiziki xassələri aşkar edən sensorlar sayəsində sərhəddə hərtərəfli nəzarəti təmin edəcək.

Həmçinin, sistem ərazi və hava şəraitindən asılı olmayaraq davamlı olaraq məlumat ötürəcək.

Milli.Az