“Burada qalacağıq” - Etiraz aksiyası davam edir - FOTO

12 Dekabr 2022 20:32

20:32

Bu gün səhər saatlarından etibarən Şuşa şəhəri ətrafında Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər

Trend-in hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, etirazçılar məsələ həll olunana qədər qədər burada qalacaqlarını deyirlər.

Onlar sülhməramlı kontingentin komandiri Andrey Volkovun gəlişini tələb edirlər.

-------

18:14

Şuşa şəhəri ətrafında Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri dağılışmaq fikrində deyillər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, etirazçılar "sona qədər burada qalacağıq" deyirlər.

Onlar sülhməramlı kontingentin komandiri Andrey Volkovun gəlişini tələb edirlər.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Milli.Az