Qara Qarayev Rəşad Dağlının oğluna formasını hədiyyə etdi - VİDEO

12 Dekabr 2022 19:00

Qonşusu İskəndər Mehtiyevi çoxsaylı bıçaq xəsarətləri ilə öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının oğlu Yusifin ad günü olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 11 yaşını qeyd edən səbəbkarı "Qarabağ"ın futbolçusu Qara Qarayev də təbrik edib.

O, Yusifə imzalı formasını hədiyyə verib.

Həmin görüntülər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Milli.Az