Xatirə: “Vasif kimdir ki, ona vaxt sərf eləyim” - VİDEO

12 Dekabr 2022 18:12

Müğənni Xatirə İslam duet ortağı Əməkdar artist Vasif Məhərrəmlinin "Instagram"da ki səhifəsini bağlatdırması ilə bağlı xəbərə münasibət bildirib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Fəlidən doğru xəbər" verilişində danışıb.

Sənətçi yayılan xəbərlərin yalan olduğunu söyləyib:

"Vasif Məhərrəmlinin "Instagram"ını mən necə bağlatdıra bilərəm? Bunu etmərəm. Vasif kimdir ki, mən ona vaxt sərf eləyim".

Qeyd edək ki, bir müddət əvvəl Xatirə İslam Vasif Məhərrəmli ilə sil-silə duetlər yazdırıb, el şənliklərə bir gedirdilər. Lakin daha sonra ifaçılar duetlərinə ara verərək, yollanırı ayırıblar.

Milli.Az