Ermənistanda nazir istefa verib

12 Dekabr 2022 12:38

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan öz istəyi ilə vəzifəsindən istefa verib.

Milli.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, məlumatı onun mətbuat katibi Qeqam Melikbekyan təsdiqləyib.

Vaqram Dumanyan nazir postuna 2021-ci il avqustun 3-də təyin olunmuşdu.

Milli.Az