Bakıda yüksək vəzifələrdə çalışmış məmur qəfil öldü

12 Dekabr 2022 10:35

Gənclər və İdman Nazirliyində bir sıra vəzifələrdə çalışmış Qiyas Nəcəfov vəfat edib.

Milli.Az bildirir ki, bu barədə nazirliyin idarə rəisi Nəcəf Nəcəfov məlumat verib. O bildirib ki, Respublika Bədən Tərbiyəsi Mərkəzinin və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışmış Q.Nəcəfov qəfil dünyasını dəyişib.

Onun ürəktutmadan vəfat etdiyi bildirilib.

Milli.Az