Ginnesin Rekordlar Kitabı rusiyalını qeydə almadı

12 Dekabr 2022 17:20

Ginnesin Rekordlar Kitabı Timur Juravelin 2022-ci il dünya çempionatının bütün oyunlarında iştirak etmə üzrə rekordunu nəzərə almayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, turnirdən əvvəl şərhçinin Qətərdəki bütün matçlarda iştirak etmək və dünyada bunu bacaran ilk şəxs olmaq istəyi məlum olub. Onun rekorda çatmaq üçün cəmi dörd oyunu - iki yarımfinal, bürünc uğrunda görüş və final matçı qalıb.

"Təəssüf ki, tədqiqat qrupumuzun üzvləri ilə müraciətinizi diqqətlə nəzərdən keçirdikdən sonra biz cavab vermək məcburiyyətindəyik ki, təklifinizi bir rekord kimi qəbul edə bilmərik. Ginnesin Rekordlar Kitabı Rusiya və Belarusla bütün əlaqələrini qeyri-müəyyən müddətə dayandırıb. Ona görə də biz bu rekordu qəbul edə bilmərik", - deyə Kitabın rəsmi mesajında bildirilib.

Milli.Az