Tehranda məktəblər iki günlük bağlandı - Səbəb

11 Dekabr 2022 18:39

İranın paytaxtı Tehranda məktəblər 2 günlük dayandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb havanın çirklənməsidir.

Bildirilib ki, uşaq bağçaları və ibtidai məktəblər də 2 günlüyünə bağlanılıb.

Qeyd olunub ki, havanın çirklənməsinə görə dünya paytaxtları arasında 21-ci sırada yer alan Tehranda hər il qış aylarında artan çirklənmə həyata mənfi təsir edir.

Milli.Az