Uzun müddət sonra ilk dəfə birlikdə görüntüləndilər

11 Dekabr 2022 18:21

Aktyor Murad İsmayıl və aktrisa Ülviyyə Xəlilbəyova uzun müddət sonra ilk dəfə birlikdə görünüblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorlar birlikdə "Zaurla Günaydın" proqramına qatılıblar. Uzun müddətdir ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə ayrılmadıqlarını göstəriblər.

Qeyd edək ki, cütlüyün iki oğul övladı var. Onlar uzun müddətdir birlikdə heç bir verilişə qatılmır, foto yayımlamırdı. Ülviyyə aralarında mübahisələr olduğunu müsahibələrində etiraf etmişdi.

Milli.Az