Murad ilə Ziya qohum imiş

11 Dekabr 2022 16:08

Aktyorlar Murad İsmayıl və Ziya Ağayevin qohum olduğu üzə çıxıb.

Milli.Az bzim media-ya istinadla xəbər verir ki, bu haqda onlar qonaq olduqları "Zaurla Günaydın" səhər şousunda məlumat veriblər.

Ziya bildirib ki, Murad onun xalası oğludur. Murad isə bu məlumatı təsdiqləyərək "Bəyəm biz bir-birimizə oxşamırıq?" deyərək verilişin aparıcıları Zaurla Günay Baxşəliyevlərə sual verib.

Onlar isə Murad ilə Ziyanın bu bənzərliyini inkar etməyiblər.

Qeyd edək ki, Ziya Ağayev Dövlət Milli Dram Teatrının aktyorudur.

Milli.Az