Parisdə Mərakeş millisinin 42 azarkeşi saxlanılıb

11 Dekabr 2022 15:39

Parisdə Mərakeş milli futbol komandasının azarkeşləri ilə polis arasında toqquşmadan sonra ən azı 42 azarkeş saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Ötən gecə Mərakeş milli komandasının azarkeşləri Yelisey meydanına toplaşıb, dünya çempionatının ¼ mərhələsində Portuqaliya üzərində qələbəni qeyd ediblər. Bu zaman polislə toqquşma olub, polis gözyaşardıcı qaz tətbiq edib.

Milli.Az