Azərbaycanlı müğənni vəfat etdi - FOTO

11 Dekabr 2022 12:05

"Yeni Ulduz" mahnı müsabiqəsinin iştirakçısı olmuş müğənni Samir Cabbarov vəfat edib.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, bu barədə ifaçının həyat yoldaşı müğənni Oksana Smirnova sosial şəbəkə hesabında məlumat verib. 

"Günəşim söndü..." - O. Smirnova yazıb.

Müğənninin dostları, tanışları və digər abunəçiləri ona başsağlığı diləklərini bildiriblər.

S.Cabbarov dil xərçənginin ağır formasından əziyyət çəkib.

Qeyd edək ki, müğənni məşhur "Yeni Ulduz" televiziya layihəsinin 8-ci mövsümünün iştirakçısı olub.

Allah rəhmət eləsin.

Milli.Az