Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Keçili kəndində baş verib.
1991-ci il təvəllüdlü N.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, qadın ailədə mübahisə etdikdən sonra sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az