Ronaldo ağladı - FOTOlar

10 Dekabr 2022 22:59

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Qətərdə keçirilən dünya çempionatında növbəti dəfə ağlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra göz yaşlarını saxlaya bilməyib.

Bu, 37 yaşlı hücumçunun karyerasında sayca 5-ci mundialı olub.

Qeyd edək ki, Mərakeş 1:0 hesabı ilə Portuqaliyaya qalib gələrək yarımfinala adlayıb.

Milli.Az