Aİ-nin Azərbaycandakı səfiri işğaldan azad edilmiş ərazilərə səfər edib

10 Dekabr 2022 10:13

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gedib.

Milli.Az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

"Bu gün səhər mən Zəngilana yollanıram, Azərbaycanın bütün rayonlarına səfər edəcəyəm. Bu gün Zəngilanda, Ağalıda və Qubadlıda olacağam", - deyə o qeyd edib.

Milli.Az