“Barselona”nın yeni kapitanı kim olacaq?

10 Dekabr 2022 16:31

Serxio Busgetsin "Barselona"dan mümkün gedişindən sonra komandanın kapitanı Sergi Roberto olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 34 yaşlı yarımmüdafiəçi yayda Kataloniya klubundan ayrılmaq niyyətindədir.

Sergi artıq agentlərə "Barsa" ilə yeni müqavilə imzalamaq istədiyini bildirib. Bu məsələ ilə bağlı danışıqlar hələ başlamayıb.

Digər versiyaya görə, DÇ-2022-dən sonra Mark-Andre ter Ştegen "Barselona"nın yeni kapitanı olacaq.

Milli.Az