Volodin Türkiyəyə gedir

10 Dekabr 2022 08:42

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bazar ertəsi Türkiyəyə səfəri gözlənilir.

Bu barədə A Haber telekanalı məlumat yayıb.

"Rusiyadan səfərlər davam edir. Bazar ertəsi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin gəlişi gözlənilir", - telekanalın məlumatında qeyd olunub.

Milli.Az