BMT baş katibinin müavini Xersona gedir

10 Dekabr 2022 07:32

BMT Baş katibinin müavini Martin Qriffits Ukraynanın Nikolayev və Xerson şəhərlərinə səfər edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan məlumat verib.

O bildirib ki, səfər növbəti həftə baş tutacaq və Qriffits infrastrukturun zədələnməsi və qışın başlaması ilə bağlı humanitar vəziyyəti dəyərləndirəcək.

Qeyd edək ki, hazırda BMT-nin 2 minə yaxın humanitar işçisi Ukraynadadır.

Milli.Az