Britaniya Ukraynaya söz verdi: HMS və ZRK-lar...

10 Dekabr 2022 08:58

Böyük Britaniya Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı qarşıdakı həftələrdə zenit-raket və havadan müdafiə sistemləri verəcəyini bildirib.

Bu barədə Britaniya hökuməti məlumat yayıb.

Qeyd edilib ki, iki ölkə lideri Rusiyanın Ukraynadakı mülki infrastruktura yönəlik hücumlar barədə fikir mübadiləsi aparıb.

Milli.Az