Tviter 1,5 milyard hesabı siləcək

10 Dekabr 2022 08:53

Tviter sosial platforması uzun müddət istifadə olunmayan və aktivliyini itirən hesabları siləcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı tviterin rəhbəri İlon Mask şəxsi səhifəsində paylaşım edib.

O qeyd edib ki, 1,5 milyarda yaxın istifadə olunmayan hesab ləğv ediləcək.

Həmçinin, yeni qaydaya əsasən, bəyənilməyən tvitlərin trendə çevrilməsinin qarşısı alınacaq.

Dezinformasiyaların önünə keçmək üçün isə platforma hesabların təsdiq olunmasını tələb edəcək. Bu da öz növbəsində müəyyən pul qarşılığında həyata keçiriləcək.

Milli.Az