Dünyanın ən kriminal ölkələri hansılardır? - REYTİNQ
17 Aprel 2012 11:28
Bu, son üç il ərzində "ən sakit" gün idi.
Sakit Okean sahilində yerləşən, Qvatemala və Honduras arasında olan Salvadorda mafioz qruplaşmalar, kartellər və dəstələr at oynadır.
Milli.Az "Reuters"ə istinadən bildirir ki, Salvador prezidenti Maurisio Funesin 2009-cu ilin iyununda vəzifə səlahiyyətlərinin icrasına başladığından bəri ən sakit günü yaşayan Salvador faktiki olaraq "Mara 18" və "Mara Salvatruça" narkokartelləri arasında bölüşdürülüb.
BMT ekspertləri isə dünyanın ən kriminal ölkələrinin "qara siyahı"sını hazırlayıblar.
Siyahıda il ərzində əhalinin hər 100 min nəfərinə düşən kriminal qətllərin sayı göstərilib. Bu qətllər narkobandalar və mafioz dəstələr arasındakı atışmaların qurbanlarıdır.
"Qara siyahı"nın ilk onluğu belədir:
1. Honduras - 86
2. Salvador - 71
3. Sent-Kits və Nevis - 68
4. Venesuela - 67
5. Beliz - 39
6. Qvatemala - 39
7. Yamayka - 39
8. Baham adaları - 36
9. Kolumbiya - 33
10. Cənubi Afrika Respublikası - 32
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.