Cümə günü futbol üzrə Braziliya milli komandasının Xorvatiya ilə dünya çempionatının 1/4 final matçında uduzmasından sonra baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisə San-Paulu ştatının Barreteş şəhərində baş verib. Matçın bitməsindən az sonra ticarət mərkəzində başlayan münaqişə ticarət mərkəzinin qarşısında davam edən və atışma ilə nəticələnən kütləvi davaya çevrilib.
Hadisə zamanı 17 yaşlı qız güllə yarasından ölüb, rəfiqəsi yaralanıb.
Polisin məlumatına görə, dörd nəfər avtomobillə hadisə yerindən qaçıb. Münaqişənin səbəbləri açıqlanmır.
Milli.Az