Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək

9 Dekabr 2022 23:55

Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Rusiyanın ABŞ-dakl səfiri Anatoli Antonov "Rossiya-24" telekanalının efirində deyib.

Onun sözlərinə görə, Rusiya xarici nümayəndəliklərinin əməkdaşları viza məhdudiyyətləri səbəbindən geri qayıdacaq.

"ABŞ Rusiyanın ölkədəki diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirir. 2023-cü il yanvarın 1-də Dövlət Departamentinin viza məhdudiyyətlərinə görə ABŞ-ı tərk etmək məcburiyyətində qalan daha 30 nəfər bizi tərk edir", - səfir bildirib.

Milli.Az