DÇ-2022: Qapıçı Livakoviç Xorvatiya-Braziliya matçının ən yaxşı oyunçusu seçilib

9 Dekabr 2022 23:49

Xorvatiyalı qapıçı Dominik Livakoviç DÇ-2022-nin 1/4 finalında Braziliyaya qarşı keçirilən oyunda ən yaxşı oyunçu seçilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasından (FİFA) bildirilib.

Xatırladaq ki, bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin ilk oyunu keçirilib.

Braziliya və Xorvatiya millilərinin qarşılaşdığı oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Oyunda oynanılan əlavə vaxt komanadaların hər biri 1 qol vurub - 1:1.

Penalti seriyasında isə xorvatlar daha dəqiq olublar və yarımfinala vəsiqə qazanıblar.

Milli.Az