İki avtomobil toqquşub, xəsarət alanlar var

9 Dekabr 2022 23:43

Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub, xəsarət alanlar var.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə rayonun "Kraz yolu" adlanan ərazidə qeydə alınıb.

"VAZ" markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisəyə səbəb sürücülərdən birinin hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az