Şmıqal: Bütün qışı belə yaşamalıyıq!

9 Dekabr 2022 23:37

Ukrayna bu qış davamlı olaraq məhdud elektrik istehlakı şəraitində yaşayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, hazırda enerji sistemində vəziyyət nəzarət altındadır, lakin hələ də elektrik enerjisində çatışmazlıq var:

"Ölkədə bütün istilik və su elektrik stansiyaları zərbə alıb. Yüksək gərginlikli şəbəkə obyektlərinin 40%-i müxtəlif dərəcədə zədələnib".

Milli.Az