Flora Kərimovanın Faiqə qarşı şikayəti təmin edilmədi
13 May 2010 12:35
Binəqədi Rayon Məhkəməsində hakim Marif Kazımovun sədrliyi ilə xalq artisti Flora Kərimovanın Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar şikayət ərizəsi üzrə işə baxılıb. Bu barədə Milli.Az xəbər portalına Faiq Ələkbərli məlumat verib.
O, bildirib ki, məhkəmədə hüquqlarını 14 saylı hüquq məsləhətxanasının vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva müdafiə edib. Binəqədi Rayon Məhkəməsinin 12 may 2010-cu il qərardadı ilə cinayət işinə xitam verilib, yəni Flora Kərimovanın şikayəti təmin edilməyib.
Xədicə
Milli.Az