Avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

9 Dekabr 2022 21:53

Sabirabdda avtomobilin vurduğu piyada ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad şəhərində qeydə alınıb. Taksi kimi fəaliyyət göstərən VAZ markalı avtomobil Sabirabad şəhər sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Aqşin Ağa oğlunun vurub. Ağır travma və sınıq xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına gətirilən xəstə ilkin yardımdan sonra Bakı Travmatologiya Mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az