Elza küsülü olduğu deyilən oğlu ilə rəqs etdi - VİDEO

9 Dekabr 2022 20:12

Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan küsülü olduğu skripkaçı oğlu Əkbərlə bir araya gəlib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi iştirak etdiyi doğum günü məclisində oğlu ilə "Кракодил Гена" (Timsah Gena) cizgi  filmində yer alan "День Рождения" (Ad günü) mahnısı sədaları altında rəqs edib.

Elza oğlu Əkbərlə "ana-bala" rəqsini sosial şəbəkə hesabında  izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, zaman-zaman Elza Seyidcahan oğlu Əkbərlə qalmaqal yaşadığını etiraf edib. Sonuncu dəfə isə bəstəkar-müğənni "Oğlum yazdığım şeirlərə görə məndən inciyir" açıqlaması ilə gündəmə gəlmişdir.

Milli.Az