Bəxtiyar Hacıyev həbs edildi

9 Dekabr 2022 17:12

Xətai rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək saxlanılan Bəxtiyar Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prosesdə istintaq orqanının təqdimatı təmin edilib və onun barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

-------

15:08

Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin saxlanılması barədə açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.

-------

14:22

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır".

Milli.Az