Azərbaycanda baş həkimi hədələyib pul istədilər

9 Dekabr 2022 15:20

Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunda baş verib.

Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etməsini bildirib.

Daxil olan şikayət əsasında Ucar rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az