“Messinin ağlamağını görmək istəyirəm”

9 Dekabr 2022 15:12

Braziliya yığmasının sabiq üzvü Fred dünya çempionatı ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bildirib ki, yarımfinalda Braziliya - Argentina matçını izəmək istəyir:

"Yarımfinalda Braziliya və Argentina matçı olsun. Neymar gözəl oyun oynasın, Braziliya udsun. Messinin ağlamağını görmək istəyirəm".

Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiya, Argentina isə Niderlandla qarşılaşacaq. Bu gün keçiriləcək oyunların qalibləri yarımfinalda bir-biri ilə üz-üzə gələcək.

Milli.Az