Türkiyə XİN rəhbərindən maraqlı AÇIQLAMA: "Qarabağ zəfərindən sonra..."

9 Dekabr 2022 12:08

Qarabağ zəfərindən sonra türk dünyasının qarşısında yeni imkanlar yarandı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, türk dünyasının özünə olan inamının gün getdikcə artdığını görürük.

"Türkiyənin də güclənməsi türk dünyasına və digər türk qardaşlarımıza ayrıca güvən verir". 

Milli.Az