Əli Əsədov qiymət artımlarına münasibət bildirdi

9 Dekabr 2022 12:04

Baş nazir Əli Əsədov qiymət artımlarına münasibət bildirib.

Ə.Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, qiymət artımları, o cümlədən dərman qiymətlərinin artımı regiona və qlobal geosiyasi gərginliklə bağlıdır.

Baş nazir vurğulayıb ki, son dövrdə müşahidə olunan regional və qlobal siyasi gərginlik, Rusiya və Ukraniya arasında münaqişə, qlobal təchizat zəncirində qırılma, logistika xərclərinin artımı bahalaşmaya, qıtlığa, əksər ölkələrdə infilyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub.

Milli.Az