Toyda ağlasığmaz olay - Gəlin elə şey etdi ki...

9 Dekabr 2022 15:36

Rusiyada, Novorossiyskdə 38 yaşlı yerli sakin toy mərasimi zamanı bəyə hücum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, oktyabrın 22-də yeni evlənənlər toylarını keçiriblər. Ziyafət zamanı gəlin bəylə mübahisə edib və o, eyvana çıxanda, gəlib onu sinəsindən bıçaqlayıb. Bundan sonra gəlin yenidən masaya keçərək əylənməyə davam edib.

Kişi xəstəxanaya aparılıb. Gəlini on ilə qədər həbs gözləyir.

İrfan Vəliyev
Milli.Az