Vahid taksi xidməti yaradılacaq? - Nazirlikdən AÇIQLAMA

9 Dekabr 2022 11:28

Vahid taksi xidmətilə bağlı müzakirə getmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rəqəmsal İnkişaf Nazirliyinin müavini Rəhman Hümbətov bildirib.

"Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməlidir. Bununla yanaşı onlar bu tələblərə əməl etməlidirlər. Bu gün rastlaşırıq ki, taksi şirkətlərindən şikayətlər var. Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmür", - deyə nazir müavini bildirib.

Milli.Az