Türkiyəli aktyorları yıxıb-sürüdü - FOTO

9 Dekabr 2022 14:34

Türkiyəli tənqidçi Murat Tolqa Şen bir sıra yerli akyorları tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, "2. sayfa" verilişində qonaq olarkən deyib.

Tənqidçi ilk olaraq aktrisa Beren Saatın adını çəkib. O, aktrisanın uğurunun rol aldığı ekran işi ilə bağlı olduğunu və onun aktyorluq bacarığından zövq almadığını da bildirib.

Murat aktrisa Bergüzar Korelin karyerasının əvvəllərində daha peşəkar olduğunu, sonra izə zəif performans göstərdiyini qeyd edib.

Tənqidçi aktrisa Pınar Denizin isə məşhurlaşdıqca təbiiliyini itirdiyini vurğulayıb. O əlavə edib ki, belə davam edərsə, Pınar əldə etdiyi adı itirəcək.

Aktrtisa Hande Erçel də tənqidlərdən yan keçə bilməyib. Murat onun ünvanına "Hande ancaq istedadından danışılmasını istəyirsə, gərək susaq. Onda hər hansı bacarıq görmürəm" deyə, söyləyib.

Tənqidçi son olaraq aktyor Can Yamanın adını çəkib. "Canın aktyorluğunu heç vaxt bəyənməmişəm, bəyənməyəcəyəm də. O, aktyor kimi deyil, yaraşıqlı biri kimi karyera qurub" deyə, Murat aktyor barədə fikirlərini qeyd edib.

Milli.Az