Bakıda yol vermək üstündə DAVA: Yüksək rütbəli şəxs döyüldü

9 Dekabr 2022 11:05

Bakıda yol vermək üstündə sürücülər arasında dava olub.

Milli.Az xəbər verir ki, hadisə ötən gecə Nəsimi rayonunda Azadlıq prospektində qeydə alınıb. Belə ki, Azadlıq prospektində bir sürücü digərindən yol istəyib. Digəri yol vermədiyinə görə mübahisə yaranıb və mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı 34 yaşlı Vurğun Əbilova küt alətlə xəsarət yetirilib. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan mayorudur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az