Elməddindən şok qərar - Səhnədən gedir

9 Dekabr 2022 11:16

Aktyor Elməddin Cəfərov səhnədən getmək istədiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Söhbət var" proqramında deyib. Elməddin bildirib ki, artıq filmlərdə rol almaq istəmir:

"İki il əvvəl söz verdim ki, aktiv səhnədən uzalqaşıram. Dedilər, bir veriliş et, sonra gedərsən. "Qısaqapanma" etdim. Söz verdim ki, daha efirə çıxmayacağam, kadrarxası çalışacağam. Əvvəl çalışanda bu qədər verilişlərə qatılmırdım. İndi hər gün efirdəyəm. Dincəlmək istəyirəm". 

Milli.Az