Sarksiyan güc strukturlarının rəhbərlərindən «razborka»ya son qoymağı tələb etdi
13 May 2010 12:41
Milli.Az "Qraparak" qəzetinə istinadən xəbər verir ki, onun bu şəxslərə "təpinməsi" bu cür qiymətləndirilə bilər. Sarkisyan güc strukturları rəhbərlərindən aralarındakı "razborkalara" son qoymalarını tələb edib. Məlumata görə, son zamanlar Ermənistan polisi ilə Milli Təhlükəsizlik Xidməti arasında münasibətlər o qədər gərginləşib ki, prezident iki qurumun rəhbərləri Alik Sarkisyanla Qorik Akopyanı yanına çağırıb və danlayıb. Sarkisyan onlardan tez bir zamanda münasibətləri normallaşdırmağı tələb edib. Məlumata görə, hər iki şəxs prezidentə problemi aradan qaldıracaqlarına söz veriblər.
Ermənistan mətbuatı bu iki şəxs arasındakı problemin nüfuz dairəsini genişləndirmək cəhdlərindən yarandığını yazır. Son zamanlar onlar "razborkalar"ı kriminal üsulla həll etməyə çalışırlar.
Milli.Az