Xaçmazda göbələkdən iki nəfər zəhərlənib, biri ölüb

9 Dekabr 2022 11:27

Xaçmazda iki nəfər göbələk turşusundan zəhərlənib.

Milli.Az bildirir ki, hadisə rayonun Şimal qəsəbəsində qeydə alınıb. Kənd sakini, 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az