Putin bununla ukraynalıları sındırmaq istəyir - Blinken

9 Dekabr 2022 12:55

Rusiya Prezidenti Vladimir Putin infrastruktur zərbələri ilə ukraynalıları sındırmağa çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O, Putinin uğur qazanmayacağına əmin olduğunu bildirib:

"Prezident Putin Ukrayna xalqının iradəsini qırmaq cəhdi ilə evlərin və infrastrukturun dağıdılması ilə bağlı yeni strategiya qəbul edib. O, uğur qazana bilməyəcək. Biz lazım olduğu qədər Ukrayna ilə birlikdə qalacağıq".

Milli.Az