"Öpüşmə səhnəsi ssenaridə yox idi, amma mən aktyorun dodaqlarına yapışdım" - FOTO

9 Dekabr 2022 19:24

Avtraliyalı aktrisa Marqo Robbie "Babylon" filmində tərəf müqabili olan Bred Pittlə bağlı etdiyi etirafla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa müsahibəsi zaman ssenariyə öpüşmə səhnəsinin əlavə olunmasını istədiyini deyib:

"Öpüşmə səhnəsi ssenaridə yox idi. Bred Pitti öpmək şansı bir də nə vaxt qarşıma çıxa bilərdi? Rejissor Damien Çellezə məncə, Nelli Ceki öpə bilər dedim. O da "ola bilər, sən sadəcə Bred Pitti öpmək istəyirsən?" dedi. Bu fürsətin bir daha qarşıma çıxmayacağını söylədim. Damien də obraza uyğun gəldiyini deyərək, razılaşdı".

Milli.Az