Ulduz aktyor vəfat etdi

9 Dekabr 2022 13:06

Amerikalı məşhur aktyor Kliff Emmiç vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor 86 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, K.Emmiç karyerası ərzində 90-dan çox ekran işində rol alıb. Sənətçi "Çarlinin mələkləri", "Malibu xilasediciləri", "Kolombo", "Qadın polis" kimi məşhur filmlərdə çəkilib.

Milli.Az