Azərbaycanlı dünyanın ən yaxşılarından biri oldu - VİDEO - FOTO

9 Dekabr 2022 09:20

Azərbaycanlı drifter Adil Axundov Səudiyyə Ərəbistanında dünən keçirilmiş "Red Bull Car Park Drift World Final" çempionatının final mərhələsini 11-ci yerdə başa vurub.

Milli.Az bildirir ki, dünyanın 18 ölkəsindən 21 ən yaxşı drifterlərinin "Jeddah Corniche Circuit"də "King of Drift" titulu uğrunda mübarizə apardığı yarışda A.Axundov maneələrini sürətlə keçib.

Yarışın ilkin mərhələləri Yamayka, Mavriki, Şri-Lanka, Pakistan, Keniya, Cənubi Afrika Respublikası, Polşa, Estoniya, Gürcüstan, Azərbaycan, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Livanda keçirilmişdi.

Mütəxəssislər A.Axundovun nəticəsini çox yaxşı hesab edirlər.

Milli.Az