“Möcüzə qadın”ın izləyicilərinə pis xəbər

9 Dekabr 2022 19:56

"Möcüzə qadın" filminin üçüncü hissəsi çəkilməyəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ekran işini lentə "Warner Bros" və "DC" şirkətindən bildirilib.

Filmin hansı səbəbdən təxirə düşdüyü isə açıqlanmayıb.

Qeyd edək ki, ekran işində baş rolu canlandıran aktrisa Qal Qadon filmin 3-cü hissəsinin çəkiləcəyini bildirmişdi.

Milli.Az