İmişlidə 69, Abşeronda 21 yaşı şəxs dəm qazından boğularaq ölüb

9 Dekabr 2022 09:07

İmişlidə 69 yaşlı kişi dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, Bəhrəmtəpə qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Muxtarəli Həsənov yaşadığı evdə qaz sobasından sızan dəm qazından boğularaq ölüb.

Abşeronda isə 21 yaşlı qız dəm qazından boğularaq ölüb. Aşağı Güzdək qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Tahirə Qaraçayeva evin hamam otağında dəm qazından boğularaq ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az