Moskvada nəhəng ticarət mərkəzi yanıb: 1 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

9 Dekabr 2022 10:12

10:12

"Meqa Ximki" ticarət mərkəzində yanğının səbəbləri avadanlığın nasazlığı və iş zamanı pozuntulardır.

Bu barədə Moskva fövqəladə hallar xidmətinin məlumatında bildirilir. Digər versiyalar hələlik istisna edilir.

* * *

Yanğında hələlik 1 nəfərin ölməsi təsdiqlənib.

10:08

Moskvada "Meqa Ximki" ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

---------
08:52

Rusiyanın paytaxtı Moskvadakı "Meqa Ximki" ticarət mərkəzindəki OBİ şipermarketi yanır.

Milli.Az bildirir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi yanğını 5 mümkün ağırlıq dərəcəsindən 4 səviyyəsində dəyərləndirib.

Səhər saatlarında başlanmış güclü yanğını söndürmək üçün əraziyə onlarla yanğınsöndürən heyət cəlb olunub.

Hipermarketdə 18 min kvadrat metrlik ərazidə bütün tikililər yanıb, tavanlar çöküb.

Moskvalılar sosial şəbəkələrdə hadisəni "İlin yanğını" kimi qiymətləndirirlər.

Milli.Az